Almaniya kansleri Merts Kiyevə gəlib: Ukraynaya yeni hərbi və enerji yardımı planlaşdırılır

Almaniya kansleri Merts Kiyevə gəlib: Ukraynaya yeni hərbi və enerji yardımı planlaşdırılır

Hazırda oxunan: Almaniya kansleri Merts Kiyevə gəlib: Ukraynaya yeni hərbi və enerji yardımı planlaşdırılır
640290
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniya kansleri Fridrix Merts əvvəlcədən elan olunmamış səfərlə Kiyevə gəlib. Səfərin əsas məqsədi Ukraynaya Rusiya ilə müharibə fonunda yeni hərbi və enerji yardımının göstərilməsidir.

Bizim.Media xəbər verir ki, yeni yardım paketində əsas diqqət pilotsuz uçuş aparatlarının qarşısını almaq üçün nəzərdə tutulan minlərlə dron-tutucuya və uzaqmənzilli silahlara yönəldiləcək.

“Rusiya müharibəni dayandırılmasa, onun hərbi maşını gec-tez bizə qarşı çevriləcək”, – Merts Kiyevə çatdıqdan sonra bildirib.

DPA-nın məlumatına görə, Almaniya yaxın zamanda Ukrayna Silahlı Qüvvələrinə Rusiya dronlarına qarşı istifadə üçün minlərlə dron-tutucu göndərməyi planlaşdırır.

Eyni zamanda, Rusiya qoşunlarının arxa cəbhədəki təchizat xətlərini vurmaq imkanına malik uzaqmənzilli silahların istehsalının artırılması nəzərdə tutulur.

Bu məqsədlərə artıq təsdiqlənmiş büdcə vəsaitindən ümumilikdə 1 milyard avro ayrılması planlaşdırılır. Bundan başqa, dağıdılmış elektrik stansiyalarının təmiri və bərpasına əlavə 350 milyon avro yönəldiləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO