Tramp elan etdi: "Polşada ABŞ hərbi bazası qurulacaq"

Tramp elan etdi: "Polşada ABŞ hərbi bazası qurulacaq"

Hazırda oxunan: Tramp elan etdi: "Polşada ABŞ hərbi bazası qurulacaq"

637300

ABŞ Prezidenti Donald Tramp Polşada ABŞ ordusunun hərbi bazasının yaradılması planlarında əhəmiyyətli irəliləyişin olduğunu bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb. Onun sözlərinə görə, layihə reallaşacağı təqdirdə, bazanın yerləşəcəyi məkan “çox tezliklə” açıqlanacaq.
 

“Möhtəşəm xəbər! Dostum, Polşa Prezidenti Karol Navrotskinin cəsarətli rəhbərliyi sayəsində Polşada ABŞ ordusunun bazasının yaradılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub”, — deyə Tramp bildirib.


Amerika prezidenti bu bazanın mümkün yaradılmasını ABŞ-Polşa alyansı üçün “tarixi addım” adlandırıb.

Bununla belə, Tramp layihənin xarakteri, icra müddəti və ya bazanın yerləşəcəyi ehtimal olunan məkan barədə ətraflı məlumat verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO