Rusiyada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Rusiyada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Hazırda oxunan: Rusiyada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

636539

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiyanın elm və ali təhsil nazirinin müavini Konstantin Moqilevski ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

Xüsusilə, Azərbaycan-Rusiya birgə Universitetinin yaradılması məsələsinə toxunulub.
 

Görüş zamanı Azərbaycan abituriyentlərinin Rusiya universitetlərində təhsil almağa artan marağı məmnuniyyətlə vurğulanıb.


Qeyd olunub ki, 1 oktyabr 2025-ci il tarixinə görə, Rusiyada bütün təhsil formaları (Rusiya təhsil müəssisələrinin xarici filialları istisna olmaqla) üzrə 10.000-dən çox Azərbaycan Respublikası vətəndaşı ali təhsil proqramlarında təhsil alır, 1 oktyabr 2024-cü il tarixinə görə isə bu rəqəm 9744 tələbə olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO