Çağırış yaşlı ukraynalı kişilər evlərinə qayıtmalıdır - Almaniyalı siyasətçi

Çağırış yaşlı ukraynalı kişilər evlərinə qayıtmalıdır - Almaniyalı siyasətçi

Hazırda oxunan: Çağırış yaşlı ukraynalı kişilər evlərinə qayıtmalıdır - Almaniyalı siyasətçi

636407

"Almaniya üçün Alternativ" (AfD) partiyasının həmsədri Alis Vaydel çağırış yaşlı ukraynalı qaçqınların Vətənə qayıtmasının tərəfdarı kimi çıxış edib.

Bizim.Media xəbər verir ki, Vaydel bu barədə "AUF1" YouTube kanalına müsahibəsində danışıb.

"Tamamilə aydındır ki, biz sərhədlərimizi bağlamalıyıq. Qeyri-qanuni miqrasiya artıq qəbuledilməzdir və biz qanun və hüququ tətbiq etməliyik. Bu o deməkdir ki, ölkədən qovulmalı olan şəxsləri qanuna əsasən deportasiya etməyə borcluyuq", – deyə o, qeyd edib.
 

Bu kontekstdə AfD lideri Almaniyada yaşanyan və vətənlərinə qayıtmalı olan suriyalılara istinad edib. "Və əlbəttə ki, eyni şey vətəndaşlıq müavinəti alan bir milyondan çox ukraynalıya da şamil edilir. Yəni bu ümumiyyətlə ağıla sığmayan bir şeydir. Bütün bunları artıq maliyyələşdirmək mümkün deyil. Bu ukraynalılar da geri qayıtmalıdırlar. İlk növbədə, hərbi mükəlləfiyyətli olanlar – çağırış yaşlı gənc ukraynalı kişilər", – deyə Vaydel qeyd edib.


O əmin edib ki, "Almaniya üçün Alternativ" hakimiyyətə gələcəyi təqdirdə Kiyevə yardım dayandırılacaq. "Və biz həmçinin Ukraynaya vəsaitlərin qaytarılması ilə bağlı əhəmiyyətli tələblər irəli sürəcəyik", – deyə AfD-nin həmsədri sözlərini yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO