Ukrayna Prezidenti Volodimir Zelenski “Tesla” və “Space X” şirkətinin rəhbəri İlon Maskı “Azadlıq Ordeni” ilə təltif edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna KİV-də müvafiq fərmana istinadən məlumat yayılıb.
Fərmanda vurğulanır ki, tanınmış biznesmen bu mükafatla insan həyatı və azadlıqlarının müdafiəsindəki xüsusi xidmətlərinə, həmçinin Amerika və Ukrayna xalqları arasındakı münasibətlərin genişlənməsindəki roluna görə təltif edilib.
Qeyd edək ki, bu ilin əvvəlində İlon Mask Rusiyanın “Starlink” peyk-kommunikasiya şəbəkəsindən istifadə imkanlarını məhdudlaşdırıb.
Bizim.Media































































































