İran Hörmüz boğazı ilə bağlı şərtlərini AÇIQLADI

İran Hörmüz boğazı ilə bağlı şərtlərini AÇIQLADI

Hazırda oxunan: İran Hörmüz boğazı ilə bağlı şərtlərini AÇIQLADI

633036

İranın Hörmüz boğazı ilə bağlı mövqe və şərtləri vasitəçi kimi Pakistana elan edilib.

Bizim.Media xəbər verir ki, bunu məlumatlı mənbə "Təsnim"ə açıqlayıb.
 

"Ötən gün İrana səfər edən Pakistan ordusunun komandanı Asim Munir Amerika tərəfindən təhdid və ya buna bənzər mesaj gətirməyib, əksinə o, danışıqlar mühitini açmaq istəyir", - mənbə bildirib.


O əlavə edib ki, Munirlə keçirilən görüşlərdə İranın mövqeləri Pakistan tərəfinə şəffaf şəkildə elan edilib:

"Amerikanın İslamabad Anlaşma Memorandumuna qayıtması və onun 5-ci bəndini, yəni Hörmüz boğazı üzərində İranın tənzimləmələrini ehtiva edən müddəalarının icrası İranın şərtlərinə daxildir. Bu məsələ Pakistana elan edilib. Pakistan tərəfi bunu Amerika tərəfinə çatdırmağa çalışır".

Xatırladaq ki, Qətərin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Məcid əl-Ənsari ABŞ və İran danışıqlarında heç bir yeniliyin olmadığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO