Türkiyə Netanyahunu beynəlxalq axtarışa verməyə hazırlaşır

Türkiyə Netanyahunu beynəlxalq axtarışa verməyə hazırlaşır

Hazırda oxunan: Türkiyə Netanyahunu beynəlxalq axtarışa verməyə hazırlaşır

632358

Türkiyə İsrailin Baş naziri Benyamin Netanyahu barəsində “qırmızı bülleten” çıxarılması üçün İnterpola müraciət edib.

Bizim.Media “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib.

Nazirin sözlərinə görə, Netanyahunun İnterpol vasitəsilə beynəlxalq axtarışa verilməsi və həbs olunması üçün rəsmi prosedura başlanılıb.

Qeyd edək ki, 14 iyul 2026-cı ildə İstanbul Ağır Cinayətlər Məhkəməsi “Sumud flotilyası işi” üzrə Netanyahunun barəsində beynəlxalq axtarış elan edib.
 

Netanyahu və onunla birlikdə təqsirləndirilən şəxslərə bəşəriyyətə qarşı cinayət, soyqırımı, işgəncə, əmlaka zərər vurma, adam oğurluğu və ya qanunsuz həbs, nəqliyyat vasitələrinin hərəkətinə mane olma və digər maddələr üzrə ittiham irəli sürülüb.


Xatırladaq ki, 21 noyabr 2024-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Benyamin Netanyahunun həbs olunması ilə bağlı qərar verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO