"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

Hazırda oxunan: "YouTube"a güclü rəqib gəlir – “Bilibili”

632020

Çinin "Bilibili" video-hostinqi qlobal bazara çıxdığını elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə platforma rəhbərliyi özünün rəsmi "X" hesabında məlumat paylaşıb. Açıqlamada "Bəli, “Bilibili” qlobal bazara çıxır, odur ki, yenilikləri izləyin", – deyə qeyd olunub.
 

Bununla belə, şirkət beynəlxalq daxilolmanın dəqiq tarixlərini hələlik açıqlamayıb. Tətbiq artıq yüklənmək üçün aktivdir, lakin onun interfeysinin böyük bir hissəsi hələ də Çin dilindədir. İstisna edilmir ki, gələcəkdə istifadəçilərə lokalizasiya (dil seçimi) imkanı yaradılacaq.


"Bilibili" – Şanxayda yerləşən Çinin video mübadiləsi platformasıdır. İstifadəçilər burada videolar dərc edə, baxa və şərh yaza bilərlər. Şərhlər həmçinin "danmu" sistemi vasitəsilə birbaşa videonun üzərində görünür.

Xidmət ilkin olaraq animasiya, komiks və oyunlarla bağlı kontent üzrə ixtisaslaşsa da, sonradan mövzu dairəsini genişləndirərək sənədli filmləri, əyləncəli şouları və orijinal proqramları da əhatə etməyə başlayıb. Sosial şəbəkələrdə "Bilibili" qeyri-rəsmi olaraq "Çinin YouTube-u" adlandırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO