Zelenski evində axtarış aparılan İrina Mudranı vəzifəsindən AZAD ETDİ

Zelenski evində axtarış aparılan İrina Mudranı vəzifəsindən AZAD ETDİ

Hazırda oxunan: Zelenski evində axtarış aparılan İrina Mudranı vəzifəsindən AZAD ETDİ

631944

Ukrayna Prezidenti Volodimir Zelenski İrina Mudranı Prezident Ofisi rəhbərinin müavini vəzifəsindən azad edib.

Bizim.Media xəbər verir ki, Zelenski bu barədə fərman imzalayıb.
 

Qeyd edək ki, bu gün, avqustun 19-da Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu xalq deputatlarının və Ukrayna Prezidenti Ofisinin yüksək vəzifəli məmurlarının iştirak etdiyi cinayətkar təşkilatın ifşa edilməsi üzrə xüsusi əməliyyat keçirir.


Ali Radanın xalq deputatı Aleksey Qonçarenkonun məlumatına görə, Prezident Ofisi rəhbərinin müavini İrina Mudranın evində axtarış aparılıb.

Zelenski İrina Mudranı 2024-cü ilin martında Prezident Ofisi rəhbərinin müavini təyin edib. Bundan əvvəl Mudraya ədliyyə nazirinin müavini vəzifəsində çalışırdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO