Konqoda Ebola virusuna yoluxanların sayı 5 mini keçib, ölüm halları 47,4 faiz təşkil edir

Konqoda Ebola virusuna yoluxanların sayı 5 mini keçib, ölüm halları 47,4 faiz təşkil edir

Hazırda oxunan: Konqoda Ebola virusuna yoluxanların sayı 5 mini keçib, ölüm halları 47,4 faiz təşkil edir
631879
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxanların sayı 5 min nəfəri keçib.

Bizim.Media xəbər verir ki, bu barədə "SBS News" Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika üzrə Regional Bürosunun (AFRO) məlumatlarına istinadən bildirib.

AFRO bildirib ki, bu ilin 18 avqustuna olan məlumata görə, KDR-də Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 5 021-ə çatıb, o cümlədən 2 378 ölüm halı qeydə alınıb ki, bu da ölüm hallarının 47,4 %-ni təşkil edir.

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus Fövqəladə Hallar Komitəsinin 18 avqustda keçirilən iclasında bildirib ki, epidemiya misli görünməmiş dərəcədə sürətlə yayılması səbəbindən nəzarət altına alınmayıb.

"Açıq desəm, bu epidemiya nəzarətdən çox uzaqdır. Ebola virusunun yayılması lap əvvəldən bizi qabaqlayırdı və biz hələ də ona çatmağa çalışırıq", - o qeyd edib.

Qeyd olunur ki, ÜST hazırkı Ebola epidemiyasına (Bundibuqionun təhlükəli variantı) reaksiya vermək üçün 115 milyon dollar xarici yardım istəyib, lakin tələb olunan məbləğin yalnız 60%-ni toplaya bilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO