Toyda yemək üstündə dava düşdü: məhkəmə qadını cərimə ödəməyə məcbur etdi

Toyda yemək üstündə dava düşdü: məhkəmə qadını cərimə ödəməyə məcbur etdi

Hazırda oxunan: Toyda yemək üstündə dava düşdü: məhkəmə qadını cərimə ödəməyə məcbur etdi

631477

Rusiyanın Belqorod vilayətində toy mərasimində yemək üstündə dava edən qadın məhkəmənin qərarı ilə zərərçəkən kişiyə 7 min rubl mənəvi təzminat və 24 min rubl məhkəmə xərci ödəməli olacaq.

Bizim.Media xəbər verir ki, sərxoş qadın şənlikdə yemək porsiyasını kişi qonaqla bölüşə bilməyib.

Mübahisə zamanı ona yumruqla zərbə endirib və əllərindən tutub. Nəticədə kişinin gözünün altında göyərmə və bədənində sıyrıqlar yaranıb.
 

Qadın hadisəyə görə 5 min rubl cərimələnib və günahını etiraf edib. Lakin kişi bu cəzanı kifayət hesab etməyərək mənəvi zərərin ödənilməsi üçün məhkəməyə müraciət edib. O, hadisənin həyat yoldaşının gözü qarşısında baş verdiyini və toy gününün korlandığını bildirib.


Məhkəmə onun tələbini qismən təmin edərək qadından 7 min rubl mənəvi təzminat və 24 min rubl məhkəmə xərci tutulmasına qərar verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO