6 aydır axtarılan iranlı pilotların aqibəti BƏLLİ OLDU - FOTO

6 aydır axtarılan iranlı pilotların aqibəti BƏLLİ OLDU - FOTO

Hazırda oxunan: 6 aydır axtarılan iranlı pilotların aqibəti BƏLLİ OLDU - FOTO

631288

İran Silahlı Qüvvələri Baş Qərargahı ABŞ və İsraillə müharibə zamanı vurulan iki döyüş təyyarəsində olan 4 iranlı pilotdan 3-nün Qətər tərəfindən əsir götürüldüyünü açıqlayıb.

Bizim.Media xəbər verir ki, İran Silahlı Qüvvələri Baş Qərargahının İtkin Şəxslərin Axtarışı Komitəsinin rəhbəri, briqada generalı Seyid Məhəmməd Baqerzadeh Qətərdə saxlanılan iranlı pilotların vəziyyəti ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Marianna Spoliarikə məktub göndərib.
 

Məktubda bildirilib ki, martın 2-də Qətərdəki hədəfə hücum etmək üçün havaya qalxan və geri qayıdarkən hücuma məruz qalaraq vurulan iki döyüş təyyarəsinin göyərtəsində 4 pilot olub.


Onlardan biri hadisə zamanı ölüb, digər üçü isə Qətər tərəfindən əsir götürülüb.

İran tərəfi pilotların 6 aydır Qətərdə saxlanıldığını və onların hüquqlarının pozulduğunu iddia edib.

Məktubda qeyd olunub ki, İranın diplomatik səylərinə və məsələ ilə bağlı apardığı araşdırmalara baxmayaraq, pilotların ailələri və onların taleyini araşdıran İran rəsmiləri ilə əlaqə saxlamasına icazə verilməyib.

İran Baş Qərargahı pilotların hərbi əsir kimi ailələrinə və Beynəlxalq Qızıl Xaç Komitəsinə əsirlikləri barədə məlumat vermək hüququnun olduğunu vurğulayıb.

Həmçinin onların Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşmək, şikayət və tələblərini çatdırmaq hüququnun olduğu bildirilib.

İran tərəfi Beynəlxalq Qızıl Xaç Komitəsini Qətərdə saxlanılan pilotlarla ən qısa zamanda görüşməyə, onların sağlamlıq vəziyyəti barədə İranı məlumatlandırmağa və azadlığa buraxılmaları üçün lazımi şəraitin yaradılmasına kömək etməyə çağırıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO