Bred Pitt Neymarın meydançada “aktyorluğunu” məsxərəyə qoydu

Bred Pitt Neymarın meydançada “aktyorluğunu” məsxərəyə qoydu

Hazırda oxunan: Bred Pitt Neymarın meydançada “aktyorluğunu” məsxərəyə qoydu

630969

Hollivud ulduzu Bred Pitt futbolçuların meydanda qayda pozuntularını şişirdərək göstərməsini istehza ilə tənqid edib və xüsusilə braziliyalı futbolçu Neymarı hədəfə alıb.

Bizim.Media xəbər verir ki, 62 yaşlı aktyor Esquire Brazil jurnalına müsahibəsində bildirib ki, iyunun 30-da dünya çempionatında Paraqvay və Almaniya arasında keçirilən oyunu tribunadan izləyərkən paraqvaylı futbolçulardan birinin toqquşmadan sonra həddindən artıq dramatik şəkildə yerə yıxıldığını görüb.

Pitt həmin anı xatırlayaraq futbolçuların “simulyasiya” adlandırılan hərəkətlərini parodiya edib.
 

“Mən simulyasiya üzrə kurslar açacağam, çünki bu uşaqlar dəhşətli vəziyyətdədir. Bu, həyatda gördüyüm ən pis aktyorluq nümunələrindən biridir. Bilirəm ki, simulyasiya oyunun bir hissəsidir, amma, lənət olsun, onların həqiqətən köməyə ehtiyacı var”, – aktyor deyib.


Daha sonra Pitt diqqəti Neymara yönəldib.

“Neymardan başlayacağam. Meydandakı bütün o balet hərəkətlərinə baxmayaraq, ona kömək lazımdır. Mən ona hər şeyi real göstərməyi öyrədəcəyəm. Artıq bütöv bir tədris proqramım hazırdır”, – Pitt zarafatla bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO