Milan hava limanında avtomobil təyyarə ilə toqquşdu

Milan hava limanında avtomobil təyyarə ilə toqquşdu

Hazırda oxunan: Milan hava limanında avtomobil təyyarə ilə toqquşdu

630604

Milanın Linate hava limanında yerüstü xidmət avtomobili hərəkət zamanı şəxsi təyyarə ilə toqquşub.

Bizim.Media xəbər verir ki, hadisə avqustun 10-da baş verib.

Toqquşmadan sonra hava limanında uçuşlar təxminən yarım saat dayandırılıb. İki təyyarənin uçuşu isə Malpensa və Orio al Serio hava limanlarına yönləndirilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Qısa fasilədən sonra hava limanında uçuşlar adi qaydada bərpa edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO