Serbiya 2027-ci ilin sonunadək Şengen zonasına qoşulacaq

Serbiya 2027-ci ilin sonunadək Şengen zonasına qoşulacaq

Hazırda oxunan: Serbiya 2027-ci ilin sonunadək Şengen zonasına qoşulacaq

630599

Serbiya 2027-ci ilin sonunadək Şengen zonasına qoşulmaq üçün zəruri şərtləri yerinə yetirməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə Serbiyanın Avropaya inteqrasiya məsələləri üzrə naziri Nemanya Staroviç “Belqrad” radiosunun efirində bildirib.
 

Onun sözlərinə görə, Belqradın artıq fəaliyyət planı var və hakimiyyət ölkənin Şengen zonasına üzvlüyə hazır olması üçün bu planı 2027-ci ilin sonunadək tam şəkildə həyata keçirməyi nəzərdə tutur.


Staroviç Serbiyanın Avropa İttifaqına üzvlüyü prosesinin uzanması fonunda Şengen məsələsinin ölkə üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Serbiya hakimiyyətinin qiymətləndirməsinə görə, Aİ-nin tam genişlənməsi və yeni üzvlərin qəbulu birliyin daxilindəki problemlər səbəbindən bu onilliyin sonunadək baş verməyə bilər.

Bu şəraitdə Belqrad Avropa məkanının dörd əsas azadlığını — insanların, malların, kapitalın və xidmətlərin sərbəst hərəkətini təmin etməyə çalışır.

Şengen zonasına çıxış vətəndaşların sərbəst hərəkətini, vahid Avropa bazarına inteqrasiya isə malların, kapitalın və xidmətlərin sərbəst dövriyyəsini təmin edəcək.

Bununla yanaşı, Serbiyanın Şengen zonasına qoşulması ölkənin viza siyasətində dəyişikliklər tələb edə bilər. Belqraddan, xüsusilə, Rusiya vətəndaşları üçün vizasız rejimi ləğv etmək tələb oluna bilər. Çünki Şengen ölkələri vahid viza siyasəti tətbiq edir. Monteneqro da daha əvvəl analoji addım atıb.

Serbiya 2009-cu ildə Avropa İttifaqına üzvlük üçün müraciət edib və hazırda üzvlüklə bağlı danışıqlar davam edir. Serbiya hakimiyyəti ötən il ölkənin viza siyasətini 2026-cı ilin sonunadək Avropa qaydalarına uyğunlaşdırmaq niyyətində olduğunu açıqlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO