Unudulmuş xatirələr əslində silinmirmiş – Alimlərdən milçək üzərində unikal ARAŞDIRMA

Unudulmuş xatirələr əslində silinmirmiş – Alimlərdən milçək üzərində unikal ARAŞDIRMA

Hazırda oxunan: Unudulmuş xatirələr əslində silinmirmiş – Alimlərdən milçək üzərində unikal ARAŞDIRMA

630308

İsveçrəli alimlər meyvə milçəkləri üzərində apardıqları araşdırmada silindiyi düşünülən xatirələrin beynin dərinliklərində gizli qaldığını və müəyyən işarələrlə xatırlana biləcəyini aşkar ediblər. Tədqiqat həmçinin yalançı xatirələrin necə əmələ gəldiyi ilə bağlı təəccüblü detallar təqdim edir.
 
Elm dünyası insan zehninin ən böyük sirrlərindən biri olan yaddaşın işləməsi ilə bağlı inqilabi bir araşdırma ortaya qoyub.
 
Bizim.Media-nın məlumatına görə, "Nature Neuroscience" jurnalında dərc olunan araşdırma göstərir ki, unudulmuş kimi görünən xatirələr əslində tamamilə silinmir, sadəcə beyində səssiz şəkildə mövcud olmağa davam edir.

İsveçrəli tədqiqatçılar tərəfindən aparılan təcrübələrdə yaddaşın sirlərini açmaq üçün meyvə milçəklərindən istifadə edilib.
 
Unutduğunuz şeyi xatırlamağın sirri başlanğıc nöqtəsindədir

"The Independent" qəzetinin yazdığına görə, yaddaşın quruluşu mahiyyət etibarilə mükəmməl deyil. Bəzi xatirələr zamanla yox olur, digərləri isə yada düşənə qədər gizli qalır. Lakin beynin bəzi xatirələri necə qüsursuz şəkildə geri gətirdiyi və niyə bəzən yalançı xatirələr yaratdığı tam aydın olmayıb.
 

Tədqiqatçılar öz məqalələrində mövzunun əhəmiyyətini vurğulayaraq "Əsl xatirələrin xatırlanmasını və yalançı xatirələrin formalaşmasını idarə edən sinir prosesləri hələ də tam başa düşülməyib" ifadəsinə yer veriblər. Milçəklərlə aparılan təcrübələr yaddaşın necə işlədiyinə dair tamamilə yeni ipucları verir.


Araşdırmada isveçrəli alimlər meyvə milçəklərinə müəyyən bir qoxunu yüngül elektrik şoku ilə əlaqələndirməyi öyrədiblər. Milçəklər təlimdən dərhal sonra qoxudan qaçsalar da, 24 saatdan sonra öyrənilən qaçınma davranışı yoxa çıxıb və həmin an demək olar ki, unudulub.
 
Lakin elm adamları ilkin təlim mühitini tam olaraq yenidən yaratdıqda və milçəklər yenidən eyni qoxuya məruz qaldıqda, qaçınma xatirəsi yenidən ortaya çıxıb. Milçəklər yenidən qoxudan qaçmağa başladılar. Xatırlatmanın işləməsi üçün təlim otağının orijinalla eyni tekstura və işıqlandırmaya malik olması lazım idi. Nəticə ətraf mühit kontekstinin xatirələri xatırlamaqda nə qədər vacib olduğunu sübut edir.

Milçəklərin beynini araşdıran mütəxəssislər yaddaşla əlaqəli orijinal sinir fəaliyyətinin zamanla yoxa çıxdığını aşkar ediblər. Lakin yaddaşın səssiz izi müxtəlif neyron qruplarında qalıb. Bu izin müəyyən bir xatırlatma ilə yenidən aktivləşdirilə biləcəyi müəyyən edilib. Məqalədə yer alan "Xatırlatmalar orijinal yaddaş izini canlandırır, səssiz vəziyyətdə olan yaddaşı bərpa edir" ifadəsi prosesi ümumiləşdirir.

Təcrübənin ən təəccüblü aspektlərindən biri yalançı xatirələrin əmələ gəlməsini üzə çıxarıb.

Fərqli bir mərhələdə milçəklər şokla əlaqəli olmayan ikinci bir qoxuya məruz qalıblar. Daha sonra elm adamları zərərsiz qoxudan xatırlatma kimi istifadə etdikdə, milçəklər də bu qoxudan qaçmağa başladılar.

Tədqiqatçılar bunu belə izah ediblər:
 
"Xatırlatmaları manipulyasiya etmək, xatırlama prosesini poza bilər və yalançı xatirələrin əmələ gəlməsinə səbəb ola bilər".
 

Beyin müayinələri sübut edib ki, yalançı xatirələrin yaradılmasında iştirak edən beyin yolları əsl xatirələri bərpa etmək üçün istifadə edilən yollardan tamamilə fərqlidir. Ən azından meyvə milçəklərində beyin ayrı-ayrı neyron dövrələri vasitəsilə xatirələri bərpa edib təhrif etdiyi məlum olub.


 Meyvə milçəyinin yaddaşı insan yaddaşı ilə tam eyni olmasa da, nəticələr yadda saxlama aktının saxlanılan məlumatların kontekstindən necə asılı olduğuna dair unikal bir nümunə təqdim edir. Alimlər tədqiqatlarını "Bütün nəticələr göstərir ki, unudulmuş xatirələr rekonstruktiv proses vasitəsilə yenidən ortaya çıxa bilər" deyərək yekunlaşdırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO