İraq silahlıları Səudiyyə Ərəbistanına hücum planından daşındı

İraq silahlıları Səudiyyə Ərəbistanına hücum planından daşındı

Hazırda oxunan: İraq silahlıları Səudiyyə Ərəbistanına hücum planından daşındı

629925

İraqın şiə könüllü dəstələri ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən endirilən zərbələrə qarşı cümə günü üçün nəzərdə tutulan cavab tədbirlərini təxirə salmaq qərarına gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi "İraq İslam Müqaviməti" hərəkatının bəyanatına istinadən məlumat yayıb.

Rəsmi bəyanatda bildirilir:

"Əbu Həsən əl-Amirinin (İraqın nüfuzlu şiə siyasi xadimi Hadi əl-Amiri – red.) çağırışına cavab olaraq və bir sıra siyasi liderlərin rəyləri nəzərə alınaraq, bugünə planlaşdırılan cavab tədbirlərinin təxirə salınması barədə qərar qəbul edilib".

Hərəkatın nümayəndələri iyulun sonlarında həyata keçirilən hücumlara görə ABŞ və müttəfiqlərini məsuliyyət daşıdıqlarını qeyd ediblər və cavab tədbirlərinin siyasi sövdələşməyə tabe ola bilməyəcəyini vurğulayıblar.

Agentliyin məlumatına görə, iyulun sonunda ABŞ və Səudiyyə Ərəbistanı İraqın yeddi əyalətində İranpərəst xalq könüllü qüvvələrinin qərargahlarına hücum edib. İran rəsmiləri bu insidentlə bağlı araşdırmalara başlayıb.

Səudiyyə Ərəbistanı isə öz növbəsində münaqişənin gərginləşməsinə çalışmadığını bəyan edib və qeyd edib ki, zərbələr Səudiyyənin neft obyektlərinə edilən hücumlarda əli olan qruplaşmalara qarşı yönəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO