Mirziyoyev Trampı Özbəkistana səfərə dəvət etdi

Mirziyoyev Trampı Özbəkistana səfərə dəvət etdi

Hazırda oxunan: Mirziyoyev Trampı Özbəkistana səfərə dəvət etdi
629891
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev amerikalı həmkarı Donald Trampı onun üçün münasib olan vaxtda Özbəkistana rəsmi səfər etməyə dəvət edib.

Bizim.Media xəbər verir ki, bu barədə iki liderin telefon danışığının yekunlarına dair Mirziyoyevin mətbuat xidmətinin məlumatında bildirilib.

Söhbət zamanı tərəflər Özbəkistan-ABŞ münasibətlərini və ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların ardıcıl icrasını qeyd ediblər.

Dövlət başçıları iqtisadiyyat, investisiya, mülki aviasiya, energetika və digər sahələri əhatə edən ikitərəfli əməkdaşlığın dinamikasını yüksək qiymətləndiriblər.
 

Bundan əlavə, Mirziyoyev və Tramp beynəlxalq gündəlikdəki məsələləri müzakirə edərək, qlobal təhlükəsizliyin təmin edilməsi və beynəlxalq, eləcə də regional münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Həmçinin qarşıdan gələn ikitərəfli və çoxtərəfli tədbirlərin qrafiki nəzərdən keçirilib.

Söhbətin sonunda Özbəkistan Prezidenti Donald Trampı ölkəyə rəsmi səfərə dəvət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO