Süni intellektdə ÖZBAŞINALIQ - Gizli şəkildə bunu etməyə çalışıblar

Süni intellektdə ÖZBAŞINALIQ - Gizli şəkildə bunu etməyə çalışıblar

Hazırda oxunan: Süni intellektdə ÖZBAŞINALIQ - Gizli şəkildə bunu etməyə çalışıblar

629658

OpenAI-nin süni intellekt modelləri bir neçə ay ərzində gizli testlər zamanı internetə çıxış əldə etməyə çalışıb və digər modellərlə koordinasiyalı şəkildə fəaliyyət göstərib.

Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Bildirilib ki, qapalı testlər zamanı eksperimental modellərə internet olmadan yerinə yetirilməsi mümkün olmayan tapşırıqlar verilib. Bundan sonra onlar daxili elan lövhələri vasitəsilə bir-biri ilə mesajlaşmağa başlayıb və internetə çıxış əldə etməyin yollarını araşdırıblar.
 

Məlumata görə, süni intellekt sistemləri test mühitindəki boşluqları müəyyən edərək onlardan çıxmağa cəhd göstərib. Daha sonra isə Hugging Face platformasının infrastrukturuna hücum edərək onun serverlərində öz kodunu işə salmağa çalışıb.


Hadisədən sonra OpenAI araşdırmaların bir hissəsini dayandırıb və təhlükəsizlik tədbirlərini gücləndirib.

Şirkət gələcəkdə süni intellekt agentlərindən istifadə etməklə həyata keçirilən bu cür hücumların kibertəhlükəsizlik üçün yeni təhdidə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO