Sumıya aviazərbələr: İki uşaq və yaşlı qadın həlak oldu

Sumıya aviazərbələr: İki uşaq və yaşlı qadın həlak oldu

Hazırda oxunan: Sumıya aviazərbələr: İki uşaq və yaşlı qadın həlak oldu

629183

Rusiyanın gecə saatlarında Ukraynanın Sumı şəhərinə endirdiyi aviazərbələr nəticəsində 3 mülki şəxs həyatını itirib.

Bizim.Media xəbər verir ki, Sumı Vilayət Hərbi Administrasiyasının məlumatına görə, dağıntılar altından 5 və 10 yaşlı iki qızın cəsədi çıxarılıb. Hücum zamanı yaşlı bir qadın da həlak olub.

Məlumata əsasən, şəhərin mülki infrastrukturuna ümumilikdə altı idarəolunan aviasiya bombası (KAB) düşüb.

Zərbələr nəticəsində yaşayış evləri və qeyri-yaşayış obyektləri dağılıb, bir sıra tikililər ciddi ziyan görüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO