San-Fransiskoda yeni xidmət: Robotlar ev təmizləyir - FOTO/VİDEO

San-Fransiskoda yeni xidmət: Robotlar ev təmizləyir - FOTO/VİDEO

Hazırda oxunan: San-Fransiskoda yeni xidmət: Robotlar ev təmizləyir - FOTO/VİDEO

628959

Robotların tətbiqi yeni mərhələyə qədəm qoyub. ABŞ-ın San-Fransisko şəhərində mənzillərin təmizlənməsi üçün humanoid robotlardan istifadə edən yeni xidmət fəaliyyətə başlayıb.

Bizim.Media xəbər verir ki, Tau Robotics şirkətinin təqdim etdiyi xidmət çərçivəsində saatı 30 dollara müştərinin evinə insanabənzər robot göndərilir. Robot tozsoranla təmizlik edə, toz silə və zibili çıxara bilir.

Lakin "qabaqcıl" sistemin mühüm bir xüsusiyyəti var: robot hələ tam müstəqil fəaliyyət göstərə bilmir. Onu süni intellekt vasitəsilə şirkətin ofisində olan operator idarə edir.
 

Şirkətin direktoru Aleks Kox bildirib ki, layihənin məqsədi ev təmizliyi bazarını genişləndirmək və əvvəllər xadimə xidmətlərindən istifadə etməyən insanlara alternativ təqdim etməkdir.


Bununla belə, bir çox ekspertlər layihəyə ehtiyatla yanaşırlar. Onların fikrincə, robot texnologiyaları sürətlə inkişaf etsə də, gündəlik məişət tapşırıqları hələ də robotlar üçün kifayət qədər mürəkkəb olaraq qalır.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO