Moskva partlayışında ölənlərin sayı 3-ə çatdı: 21 yaralı var - VİDEO

Moskva partlayışında ölənlərin sayı 3-ə çatdı: 21 yaralı var - VİDEO

Hazırda oxunan: Moskva partlayışında ölənlərin sayı 3-ə çatdı: 21 yaralı var - VİDEO

628811

Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzindəki Kudrinskaya meydanındakı restoranda əldəqayırma partlayıcı qurğu partladılıb.

Bizim.Media yerli mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Terrorla Mübarizə Komitəsinin Məlumat Mərkəzindən bildirilib.

“Əldəqayırma partlayıcı qurğunun partladılması nəticəsində 3 nəfər həlak olub, 21 nəfər yaralanıb. Ölənlərdən biri partlayıcı qurğunu restorana keçirməyə cəhd etməkdə şübhəli bilinən naməlum qadının qarşısını alan mühafizəçi, digərləri isə həmin qadın və müştəridir", - deyə məlumatda vurğulanıb.

Diqqətə çatdırılıb ki, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir.

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO