Hollivud aktyoru Ben Affleck "Kim milyonçu olmaq istəyir?" televiziya şousunda 1 milyon dollar məbləğində baş mükafatı qazanıb.
Bizim.Media xəbər verir ki, Afflek viktorina çempionu Ceymi Dinq ilə birlikdə yarışaraq final mərhələsində qalib gəlib.
Məlumata görə, qazandıqları 1 milyon dolların hamısı aktyorun təsis etdiyi Eastern Congo Initiative xeyriyyə fonduna bağışlanacaq.
Final raundunda iştirakçılara ABŞ prezidentləri tərəfindən əfv edilən hind quşlarının adları ilə bağlı çətin sual ünvanlanıb. İpuclarından istifadə edən Ben Afflek aparıcı Cimmi Kimmelin məsləhətinə etibar edərək düzgün cavabı seçib və baş mükafatı qazanıb.
Qeyd edək ki, Ben Afflek bununla yaxın dostu Matt Damonun uğurunu təkrarlayıb. Mett Deymon da bir il əvvəl eyni şouda 1 milyon dollar qazanmışdı.
Bizim.Media
































































































