Yaponiyada yenidən ZƏLZƏLƏ OLDU

Yaponiyada yenidən ZƏLZƏLƏ OLDU

Hazırda oxunan: Yaponiyada yenidən ZƏLZƏLƏ OLDU

628234

Yaponiyanın Küsü adasındakı Kumamoto prefekturasında 5,4 bal gücündə təkrar zəlzələ qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Kyodo" agentliyi Yaponiya Meteorologiya Agentliyinə istinadən məlumat yayıb.
 

Məlumata görə, zəlzələnin episentri əhalisi 680 mindən çox olan Kumamoto şəhərindən 55 kilometr cənubda yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.


Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl Yaponiyada 7,1 bal gücündə zəlzələ baş vermişdi. Bu, son illərdə ölkədə qeydə alınan ən güclü zəlzələlərdən biri hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO