Netanyahu Lindsi Qremin ona İranı vurmağı necə təkid etdiyini açıqladı: "Bibi, sən bunu etməlisən"

Netanyahu Lindsi Qremin ona İranı vurmağı necə təkid etdiyini açıqladı: "Bibi, sən bunu etməlisən"

Hazırda oxunan: Netanyahu Lindsi Qremin ona İranı vurmağı necə təkid etdiyini açıqladı: "Bibi, sən bunu etməlisən"
624860
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsrailin Baş naziri Binyamin Netanyahu amerikalı senator Lindsi Qremin ona İranın nüvə proqramına qarşı hərbi zərbə endirməklə bağlı israrlı çağırışlar etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail hökumət başçısı NBC kanalının "Meet the Press" proqramına müsahibəsində danışıb.

Netanyahu Qremin bu mövzuda ona müraciətlərini xatırladaraq deyib:

"Qrem mənə deyirdi: “Bibi, sən bunu etməlisən. Onlar bizi məhv etməmişdən əvvəl sən bu nüvə proqramını məhv etməlisən'".

Baş nazir sözügedən dialoqun dəqiq vaxtını açıqlamasa da, senatorun bu mövzuda nə qədər qətiyyətli olduğunu vurğulayıb.

İsrail rəhbəri qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp hazırda öncəliklə diplomatiyaya üstünlük verir və İranla nüvə sazişinə nail olmağa çalışır. Lakin Netanyahu Trampın İrana qarşı güc tətbiq etməkdən çəkinmədiyinə diqqət çəkib:

"Tramp İranlıların öz öhdəliklərini verdikdən bir neçə saat və ya dəqiqə sonra pozduqlarını gördükdə, güc tətbiq etməkdən qətiyyən qorxmur".

Sonda Netanyahu İsrailin nüvə proqramına qarşı mübarizədə və Tehranın kütləvi qırğın silahlarına yiyələnməsinin qarşısının alınmasında ABŞ-ın göstərdiyi əməkdaşlığa görə Vaşinqtona minnətdarlığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO