Oman İrana NOTA VERDİ

Oman İrana NOTA VERDİ

Hazırda oxunan: Oman İrana NOTA VERDİ
624821
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranın Omandakı səfiri Musa Fərhəngi Oman Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Musəndəm və əl-Vusta vilayətlərində yerləşən ərazilərin pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alınması ilə bağlı etiraz notası təqdim edilib.

Bizim.Media  Oman Xəbər Agentliyinə istinadla xəbər verir ki, etiraz notası Xarici İşlər Nazirliyinin inzibati və maliyyə məsələləri üzrə müavini Şeyx Xalid əl-Məslihi tərəfindən səfirə təqdim olunub.

Oman tərəfi baş verən hadisələri “məsuliyyətsiz hərəkətlər” kimi qiymətləndirərək narahatlığını ifadə edib.

Rəsmi Maskat Tehranı dövlətlərin suverenliyinə hörmət etməyə, mehriban qonşuluq prinsiplərinə riayət etməyə, digər ölkələrin daxili işlərinə qarışmamağa, beynəlxalq norma və etik dəyərlərə əməl etməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO