Ukrayna yeraltı dron fabrikini amerikalı senatora GÖSTƏRDİ - FOTO

Ukrayna yeraltı dron fabrikini amerikalı senatora GÖSTƏRDİ - FOTO

Hazırda oxunan: Ukrayna yeraltı dron fabrikini amerikalı senatora GÖSTƏRDİ - FOTO
624682
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Amerikalı senator Lindsi Qrem Ukraynanın "SkyFall" şirkətinin müəssisələrində olub. Ziyarət zamanı ona "Vampire" zərbə pilotsuz uçuş aparatları (PUA), "Shrike" FPV-dronları və "P1-SUN" PUA-nı sındıran aparatları nümayiş etdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.

Bildirilir ki, senator yerin dərinliyində yerləşən istehsalat sahəsinə baxış keçirib və onun ən qabaqcıl texnologiyalara cavab verdiyini qeyd edib.

"Hesab edirəm ki, dron sahəsində Ukrayna ilə əməkdaşlıq etməmək Amerika üçün böyük bir səhv olardı", - deyə Qrem vurğulayıb.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin 2026-cı ildə təxminən 10 milyon pilotsuz uçuş aparatı istehsal edəcəyini bəyan etmişdi. Onun sözlərinə görə, Kiyev bu göstəricini iki dəfə artırmaq imkanına malikdir.

Ukrayna yeraltı dron fabrikini amerikalı senatora GÖSTƏRDİ - FOTO - foto 1
Ukrayna yeraltı dron fabrikini amerikalı senatora GÖSTƏRDİ - FOTO - foto 2
Ukrayna yeraltı dron fabrikini amerikalı senatora GÖSTƏRDİ - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO