ABŞ Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısını almaq üçün diplomatik səyləri davam etdirir.
Bizim.Media xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ qüvvələri əlavə hərbi əməliyyatlar keçirməyə hazır vəziyyətdədir.
Bununla belə, Vaşinqton hazırda diplomatik səylərə üstünlük verir. Mənbələr vəziyyətin sürətlə dəyişdiyini və yeni zərbələrin istisna olunmadığını bildiriblər.
Bundan əvvəl “Reuters” agentliyi ABŞ administrasiyasındakı mənbəyə istinadla Vaşinqton və Tehran arasında texniki məsləhətləşmələrin davam etdiyini xəbər vermişdi.
Qeyd edək ki, ABŞ ordusu iyulun 8-i və 9-da İrana zərbələr endirib və 170 hədəfə hücum edib. İran buna cavab olaraq, ABŞ ordusunun Küveyt və Bəhreyndəki bazalarının mühüm infrastrukturu və obyektlərinə zərbələr endirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:26 / 10.07.2026
Müharibədə FASİLƏ – Diplomatik səylər yenidən başladı
Hazırda oxunan: Müharibədə FASİLƏ – Diplomatik səylər yenidən başladı
Hazırda oxunan: Müharibədə FASİLƏ – Diplomatik səylər yenidən başladı
624367
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































