SON DƏQİQƏ! İrandan İordaniyadakı ABŞ bazasına raket hücumu – VİDEO

SON DƏQİQƏ! İrandan İordaniyadakı ABŞ bazasına raket hücumu – VİDEO

Hazırda oxunan: SON DƏQİQƏ! İrandan İordaniyadakı ABŞ bazasına raket hücumu – VİDEO

624255

İran bu gün İordaniya ərazisinə raket zərbələri endirib.

Bizim.Media xəbər verir ki, hücum zamanı ölkənin hava hücumundan müdafiə sistemləri işə salınıb, bir sıra bölgələrdə hava həyəcanı siqnalları səsləndirilib.

Məlumata görə, İranın əsas hədəfi ABŞ hərbçilərinin yerləşdiyi Muvaffaq Salti (Muwaffaq Salti) aviabazası olub. İran tərəfi zərbələrin həmin hərbi obyektə yönəldiyini iddia edir.

İordaniya KİV-i ölkənin şərqində güclü partlayışlar baş verdiyini yazıb.

Hücum nəticəsində dağıntılar və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. İordaniya rəsmiləri hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildiriblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO