İspaniyada anomal isti: 112 illik temperatur rekordu təzələndi

İspaniyada anomal isti: 112 illik temperatur rekordu təzələndi

Hazırda oxunan: İspaniyada anomal isti: 112 illik temperatur rekordu təzələndi

624129

İyulun 8-də Barselonada 40,5 dərəcə isti qeydə alınıb. Bu, 112 illik müşahidə dövrünün ən yüksək göstəricisidir.

Bizim.Media AFP-yə istinadla xəbər verir ki, bu barədə ölkəni bürüyən yeni isti dalğası fonunda İspaniyanın meteorologiya xidmətləri məlumat yayıb.

İlkin məlumatlar Barselonanın qərb hissəsindəki təpələrdə yerləşən Fabra rəsədxanasının meteoroloji stansiyasından əldə edilib.
 

Bu göstərici şəhərin 2024-cü il iyulun 30-da müəyyən edilmiş 40 dərəcəlik əvvəlki temperatur rekordunu geridə qoyub.


Aralıq dənizi sahilində yerləşən Barselonanın El-Prat hava limanında isə temperatur 37,7 dərəcəyə çatıb. İspaniyanın AEMET Milli Meteorologiya Agentliyinin məlumatına görə, bu, 1924-cü ildən bəri fəaliyyət göstərən həmin stansiyada bu vaxta qədər qeydə alınan ən yüksək göstərici olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO