ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan atəşkəsin başa çatdığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, ABŞ lideri Ankarada jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb.
“Düşünürəm ki, atəşkəs bitdi. Həqiqəti bilmək istəyirsinizsə, onlar xəstədir. İranı xəstələr idarə edir”, - deyə, Tramp vurğulayıb.
Qeyd edək ki, gecə İranın strateji liman şəhərləri olan Bəndər-Abbas və Sirikə, eləcə də Hörmüz boğazında yerləşən hərbi əhəmiyyətli Qeşm adasına ard-arda güclü zərbələr endirilib. Ərazidə mülki və hərbi infrastrukturun ciddi zərər gördüyü, İran ordusunun tam döyüş hazırlığı vəziyyətinə gətirildiyi bildirilib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) isə bəyan edib ki, bu hərbi əməliyyat İran tərəfindən son günlər Hörmüz boğazında xarici neft tankerlərinə edilən raket və dron hücumlarına cavab olaraq həyata keçirilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:02 / 08.07.2026
Tramp: “İranla atəşkəs bitdi” – VİDEO
Hazırda oxunan: Tramp: “İranla atəşkəs bitdi” – VİDEO
Hazırda oxunan: Tramp: “İranla atəşkəs bitdi” – VİDEO
624017
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































