Müharibə davam etdikcə güclənirlər... - Rusiyanın UĞUR SİRRİ

Müharibə davam etdikcə güclənirlər... - Rusiyanın UĞUR SİRRİ

Hazırda oxunan: Müharibə davam etdikcə güclənirlər... - Rusiyanın UĞUR SİRRİ

623950

Rusiya ordusu 2022-ci ildə Ukraynaya müdaxilə etdiyi zaman güclü deyildi. 

Bizim.Media xəbər verir ki, "Forbes" nəşrinin yazdığına görə, dörd illik müharibə ərzində Rusiya döyüş meydanındakı dəyişiklikləri izləyən, dərslər çıxaran və bunları bütün bölmələrinə sürətlə tətbiq edən bir hərbi sistem formalaşdırıb.

Məqalədə qeyd olunur ki, rus hərbçiləri 2022-ci illə müqayisədə indi daha sürətli adaptasiya olurlar. Avstraliyanın istefada olan general-mayoru Mik Rayan bildirib ki, müharibə nə qədər uzun çəkirsə, ruslar bir o qədər yaxşı və sürətli öyrənirlər.

Nəşr vurğulayır ki, Rusiyanın uğurunun arxasında duran əsas amillərdən biri 2024-cü ilin avqustunda yaradılan "Rubikon" – Rusiyanın Qabaqcıl Pilotsuz Texnologiyalar Mərkəzidir. Xarici Siyasət Tədqiqat İnstitutunun əməkdaşı Rob Li və Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin keçmiş zabiti Dmitri Putyatanın fikrincə, bu mərkəz yenilikləri bütün ordu sıralarına sürətlə yaymaq üçün yaradılıb.

"Rubikon"un əsas strategiyası hücum əməliyyatlarına dəstək verməkdən çox, cəbhə xəttindən 10-40 km aralıda yerləşən Ukrayna PUA ekipajlarını, radioelektron mübarizə (REM) sistemlərini və logistika marşrutlarını məhv etməyə fokuslanıb.

Ukraynalı hərbçilər rusların PUA sahəsindəki artan fəallığının logistikanı ciddi şəkildə çətinləşdirdiyini bildirirlər. 92-ci briqadanın minaatan batareyasının komandiri Anatoli Tkaçenko deyib: "20 kilometrlik məhvetmə zonası şəraitində logistika təşkil etmək demək olar ki, qeyri-mümkündür. Piyadalar 30 kilometri piyada keçməli olur, minaatan və dron heyətləri isə 10-15 kilometr məsafə qət edirlər".

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski bildirib ki, Ukrayna ordusu hazırlıq səviyyəsinə görə düşməndən üstündür, lakin Rusiya bu çatışmazlığı say üstünlüyü ilə kompensasiya etməyə çalışır və artıq 1250 kilometrdən çox olan cəbhə xəttini daha da genişləndirməyi planlaşdırır.

Eyni zamanda, Ukrayna Müdafiə Qüvvələrinin cənub sözçüsü Vladislav Voloşin Zaporožye istiqamətində təhlükənin artdığını xəbərdar edib. O, düşmənin FPV dronlarının və optik liflə (fiber-optik) idarə olunan dronların məsafəsini 30 km və daha artıqa çatdırdığını qeyd edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO