Süni intellekt (Sİ) tərəfindən yaradılmış virtual aktrisa Tilli Norvud özünün ilk baş roluna hazırlaşır.
Bizim.Media xəbər verir ki, "Particle6" adlı Britaniya studiyası Sİ və hibrid neyron şəbəkələri vasitəsilə film istehsalına başladığını elan edib.
Film "sürreal rəqəmsal məkanda" cərəyan edən və "ekzistensial Sİ xaosu ilə böyüyən hekayə" kimi təsvir edilir.
Norvudun canlandırdığı Sİ obrazı öz həyat təcrübəsinə malik deyil, lakin real insanların uşaqlıq xatirələrinə və şəxsi hekayələrinə çıxış əldə edə bilir.
Studiyanın təsisçisi, keçmiş aktrisa Elin van der Velden bildirib ki, 2025-ci ildə ictimaiyyətə təqdim olunan Norvud təxminən 2000 Sİ model iterasiyası vasitəsilə aktyorluq sənətinə yiyələnib. Filmin yaradılmasında rejissorlar, ssenaristlər və montajçılar kimi ənənəvi kino peşəkarları ilə Sİ mütəxəssisləri birgə çalışacaq.
Tilli Norvudun peyda olması kino sənayesində ciddi narazılıqla qarşılanıb.
Sentyabr ayında SAG-AFTRA (Hollivud aktyorlar həmkarlar ittifaqı) rəsmi bəyanat yayaraq Norvudu aktrisa kimi tanımadığını və yaradıcılığın yalnız insanlara məxsus olması lazım olduğunu vurğulayıb.
2023-cü ildə baş verən və 15 ildən sonra ilk olan irimiqyaslı aktyor tətillərinin əsas səbəblərindən biri məhz studiyaların insan əməyini süni intellektlə əvəz etmək cəhdləri ilə bağlı qorxular idi. Həmin dövrdə imzalanan əmək müqaviləsi Sİ texnologiyalarının istifadəsini ciddi şəkildə məhdudlaşdırmışdı.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:34 / 07.07.2026
Süni intellektin yaratdığı aktrisa "böyük ekran"a çıxır - Hollivudda NARAZILIQ
Hazırda oxunan: Süni intellektin yaratdığı aktrisa "böyük ekran"a çıxır - Hollivudda NARAZILIQ
Hazırda oxunan: Süni intellektin yaratdığı aktrisa "böyük ekran"a çıxır - Hollivudda NARAZILIQ
623825
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































