Avtomobilin cərimə meydançasına aparılması ilə bağlı YENİ QAYDA

Avtomobilin cərimə meydançasına aparılması ilə bağlı YENİ QAYDA

Hazırda oxunan: Avtomobilin cərimə meydançasına aparılması ilə bağlı YENİ QAYDA
623393
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın Dövlət Dumasında nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin (STS) sürücüdə olmadığı üçün avtomobilin cərimə meydançasına aparılması təcrübəsinə dəyişiklik edilməsi təklif olunub.

Bizim.Media xəbər verir ki, deputatlar bu tədbiri həddindən artıq sərt hesab edərək ləğv edilməsinin vacibliyini vurğulayıblar.

Parlamentarilərin mövqeyinə görə, sürücünün avtomobilin sahibi olduğu elektron formada təsdiqlənə bildiyi və nəqliyyat vasitəsinin oğurluq siyahısında olmadığı halda, evakuasiya qeyri-məntiqlidir.

Qeyd edək ki, mövcud qaydalara əsasən yol polisi əməkdaşları nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi olmadığı halda avtomobili cərimə meydançasına evakuasiya etmək hüququna malikdirlər.

İnzibati Xətalar Məcəlləsinə (İXM) görə, STS olmadan sürməyə görə 500 rubl məbləğində cərimə nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO