Ukrayna dənizdə xüsusi müdafiə xətti yaradır: Odessanı dronlar qoruyacaq - VİDEO

Ukrayna dənizdə xüsusi müdafiə xətti yaradır: Odessanı dronlar qoruyacaq - VİDEO

Hazırda oxunan: Ukrayna dənizdə xüsusi müdafiə xətti yaradır: Odessanı dronlar qoruyacaq - VİDEO

623344

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin dəniz akvatoriyasında pilotsuz uçuş aparatlarını (PUA) zərərsizləşdirmək üçün yeni müdafiə xətti yaradılacağını elan edib. 

Bizim.Media xəbər verir ki, dövlət başçısının sözlərinə görə, bu sistem çərçivəsində dronlar müxtəlif platformalardan, o cümlədən dəniz pilotsuz sistemlərindən havaya qaldırılacaq.

Sözügedən müdafiə xətti ilk növbədə Odessa şəhərini və bütün regionu düşmənin hava hücumlarından qorumaq məqsədi daşıyır. 

Gələcəkdə formalaşdırılacaq bu unikal donanma hərbi gəmiləri, aviasiyanı, həmçinin suüstü və sualtı pilotsuz aparatları vahid bir sistemdə birləşdirəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO