PROQNOZ: Rusiyada tarixin ən böyük yanacaq böhranı yaşanacaq

PROQNOZ: Rusiyada tarixin ən böyük yanacaq böhranı yaşanacaq

Hazırda oxunan: PROQNOZ: Rusiyada tarixin ən böyük yanacaq böhranı yaşanacaq

622902

Rusiyanın neft emalı zavodlarına (NQZ) endirilən zərbələrdən sonra ölkədə benzin istehsalı 25% azalıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Alman dalğası" (DW) radiosu yayıb.

Məlumata görə, hazırda Rusiya sutkada təxminən 85 min ton benzin istehsal edir, halbuki yay mövsümündə daxili tələbat sutkalıq 110 min tona çatır.

Yaranan kəsir səbəbindən artıq Rusiyanın 78 regionunda yanacaq satışına məhdudiyyətlər tətbiq edilib, bir çox yanacaqdoldurma məntəqələrində isə uzun növbələr yaranıb.
 

DW qeyd edir ki, Ukrayna tərəfi Kremlin müharibə xərclərini artırmaq məqsədilə Rusiyanın neft emalı sənayesini, logistika şəbəkəsini və işğal altındakı Krımın infrastrukturunu ardıcıl şəkildə hədəf alır.


Nəşrin rəyinə müraciət etdiyi ekspertlər Rusiya iqtisadiyyatının tamamilə çökməyəcəyini, lakin mövcud itkilər fonunda Rusiyanın hazırkı intensivlikdə hərbi əməliyyatları maksimum daha bir il davam etdirə biləcəyini ehtimal edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO