İtaliyanın Baş naziri Corcia Meloni ABŞ Prezidenti Donald Tramp və Vaşinqtonla münasibətləri barədə kəskin bəyanatla çıxış edib. O, öz siyasi müstəqilliyini qətiyyətlə müdafiə edib.
Bizim.Media xəbər verir ki, bu barədə hökumət başçısı İtaliya mediasına müsahibəsində bildirib.
C.Meloni ona qarşı yönələn tənqidlərə cavab olaraq deyib:
"Mən bu gün Amerikaya qarşı deyiləm, dünən də Trampın qarşısında diz çökməmişdim. Heç kimə mənə qarşı hörmətsizlik etməyə icazə vermirəm, eləcə də özüm heç kimə hörmətsizlik etmirəm".
Baş nazir İtaliyanın milli maraqlarını və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərini hər şeydən üstün tutduğunu və xarici siyasətdə tam müstəqil xətt yürütdüyünü xüsusi vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:53 / 01.07.2026
Meloni: "Mən Trampın qarşısında diz çökməmişəm" – VİDEO
Hazırda oxunan: Meloni: "Mən Trampın qarşısında diz çökməmişəm" – VİDEO
Hazırda oxunan: Meloni: "Mən Trampın qarşısında diz çökməmişəm" – VİDEO
622678
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































