SORĞU: Rusiyada əhalinin 60%-i iqtisadi vəziyyətdən narazıdır – 20 ilin rekordu

SORĞU: Rusiyada əhalinin 60%-i iqtisadi vəziyyətdən narazıdır – 20 ilin rekordu

Hazırda oxunan: SORĞU: Rusiyada əhalinin 60%-i iqtisadi vəziyyətdən narazıdır – 20 ilin rekordu

622630

Rusiya sakinlərinin 60%-i yaşadıqları şəhər və ya regionda iqtisadi vəziyyətin pisləşdiyini hesab edir.

Bizim.Media xəbər verir ki, bu məqam ABŞ-ın "Gallup" tədqiqat şirkətinin 2026-cı ilin mart-may aylarında keçirdiyi rəy sorğusunun nəticələrində yer alıb.

Bu, şirkətin sözügedən sorğunu keçirdiyi 2006-cı ildən bəri son 20 ilin ən yüksək anti-rekord göstəricisidir. Bundan əvvəlki maksimum narazılıq koronavirus pandemiyası dövründə – 2020 (45%) və 2021-ci (50%) illərdə qeydə alınmışdı. Son sorğuya əsasən, yaşadığı bölgədə iqtisadi irəliləyiş hiss edənlərin nisbəti cəmi 27% təşkil edib.

Sorğunun digər diqqətçəkən məqamları:

Həyat səviyyəsi: Rusiya əhalisinin 56%-i şəxsi həyat səviyyəsinin pisləşdiyini bəyan edib ki, bu da son 20 ilin növbəti rekordudur. Rifah halının yaxşılaşdığını isə respondentlərin 29%-i bildirib.

Əmək bazarı: Əhalinin iş bazarına baxışı da mənfiyə doğru dəyişib. Sorğu iştirakçılarının 58%-i hazırda iş tapmaq üçün pis dövr olduğunu, 35%-i isə əksini düşünür. Ötən il bu göstəricilər müvafiq olaraq 46% və 49% təşkil edirdi.

Dövlət təsisatlarına etimad: "Gallup" analitikləri Rusiya cəmiyyətində orduya, hökumətə və seçkilərə inamın son bir ildə kəskin azaldığını qeyd edirlər. Belə ki, silahlı qüvvələrə etimad 79%-dən 66%-ə, hökumətə inam 67%-dən 53%-ə, seçkilərin dürüstlüyünə inam isə 56%-dən 40%-ə enib.

Media azadlığı: Ölkədə media azadlığının səviyyəsini müsbət qiymətləndirənlərin sayı cəmi bir il ərzində 59%-dən 34%-ə geriləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO