Vens ABŞ-ın İrana qarşı GİZLİ TAKTİKASINI açıqladı

Vens ABŞ-ın İrana qarşı GİZLİ TAKTİKASINI açıqladı

Hazırda oxunan: Vens ABŞ-ın İrana qarşı GİZLİ TAKTİKASINI açıqladı

622558

ABŞ rəhbərliyi İranla mövcud ixtilafların aradan qaldırılması prosesində həm hədə-qorxu, həm də təşviq ("qamçı və kökə") metoduna əl atır.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində bəyan edib.

C.D.Vens regiondakı son vəziyyəti dəyərləndirərək ABŞ Prezidenti Donald Trampın qətiyyətli mövqeyinin nəticə verdiyini vurğulayıb:

"İranlılar son bir neçə həftə ərzində gəmilərə hücum etməyiblər. Hörmüz boğazından neftin təhlükəsiz daşınması qismən onun sayəsində mümkün olub ki, Prezident Donald Tramp iranlıların gəmilərə zərbə endirəcəyi təqdirdə bizim də cavab zərbəsi endirəcəyimizi birmənalı şəkildə bəyan edib. Bəzən bu məsələdə "qamçı və kökə" metoduna müraciət etmək tələb olunur".

Vitse-prezident qeyd edib ki, davam edən danışıqlar prosesində ABŞ rəsmi Tehrandan həm "müsbət", həm də "neqativ siqnallar" alır.

Bununla belə, o, tərəflərin diplomatik səylərinin uğurla nəticələnəcəyinə ümid etdiyini bildirib:

"Prezident bizə belə bir tapşırıq verib: 'Problem üzərində işləyin, danışıqların hara aparıb çıxaracağına baxın. Əgər diplomatik metodlar münaqişənin uğurlu həllini təmin etməsə belə, bizim hələ də çoxlu hərəkət variantlarımız var və biz artıq Amerika vətəndaşları üçün çox şeyə nail olmuşuq'".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO