Stiven Siqal Rusiyadakı lüks malikanəsini sata bilmir - FOTO

Stiven Siqal Rusiyadakı lüks malikanəsini sata bilmir - FOTO

Hazırda oxunan: Stiven Siqal Rusiyadakı lüks malikanəsini sata bilmir - FOTO
621835
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünyaca məşhur aktyor Stiven Siqal Moskva ətrafındakı lüks malikanəsini artıq yarım ildir ki, sata bilmir.

Bizim.Media xəbər verir ki, aktyor evin qiymətini artıq 50 milyon rubl aşağı salıb.

Siqal evi tez bir zamanda satmaq üçün bu endirimi hətta ikiqat artırmağa da razıdır. Məşhur aktyor Rublyovkanın Konus qəsəbəsindəki 15 sotluq ərazini, orada yerləşən iki evlə (böyük malikanə və qonaq evi) birlikdə 650 milyon rubla (təxminən 14 milyon 826 min manat) təklif edir.

Amerika klassikası üslubunda tikilmiş əsas malikanənin sahəsi 500 kvadratmetrdir. Evin daxilində dörd yataq otağı, şəxsi kinoteatr, 7 sanitar qovşağı və xüsusi şərab otağı var.

Malikanənin ərazisinə yaxın yerdə mühafizə olunan çimərliklər yerləşir. Bundan əlavə, həyətdəki qonaq evində hamam və sauna da quraşdırılıb.

Qeyd edək ki, 2016-cı ildə Rusiya vətəndaşlığı alan Stiven Siqal 2019-cu ildən bəri Moskva ətrafında yaşayır. Aktyor bu mülkü satmaqda məqsədinin yaşayış şəraitini daha da yaxşılaşdırmaq olduğunu bildirib.(axsam.az)

Stiven Siqal Rusiyadakı lüks malikanəsini sata bilmir - FOTO - foto 1
Stiven Siqal Rusiyadakı lüks malikanəsini sata bilmir - FOTO - foto 2
Stiven Siqal Rusiyadakı lüks malikanəsini sata bilmir - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO