Venesuelada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 589 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes bildirib.
Təxminən 36 min nəfərin itkin düşdüyü qeyd olunub.
ABŞ Dəniz Piyadaları Korpusunun general-mayoru Kevin C. Cerrad ABŞ ordusunun zəlzələdən zərərçəkənlərə yardım əməliyyatlarına dəstəyini idarə və koordinasiya etmək məqsədilə Venesuelanın paytaxtı Karakasa gedib.
Salvadordan 200-ə qədər xilasedici də axtarış-xilasetmə əməliyyatlarına qoşulmaq üçün Venesuelaya yola düşüb.
Bizim.Media






























































































