Rusiya və Rumıniya arasında diplomatik böhran: Sankt-Peterburqdakı Baş Konsulluq bağlanır

Rusiya və Rumıniya arasında diplomatik böhran: Sankt-Peterburqdakı Baş Konsulluq bağlanır

Hazırda oxunan: Rusiya və Rumıniya arasında diplomatik böhran: Sankt-Peterburqdakı Baş Konsulluq bağlanır

621559

Rusiya ilə Rumıniya arasında diplomatik gərginlik qarşılıqlı konsulluqların bağlanması və diplomatların "persona non grata" (arzuolunmaz şəxs) elan edilməsi müstəvisinə qədəm qoyub. Rusiya Xarici İşlər Nazirliyi Rumıniyaya qarşı cavab tədbirlərinin tətbiq edildiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Rusiya XİN-in rəsmi bəyanatında yer alıb.
 

Rəsmi məlumata görə, iyunun 25-də Rumıniyanın Rusiya Federasiyasındakı səfiri Kristian İstrate Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirlə keçirilən görüşdə ona nazirliyin rəsmi notası təqdim olunub.


Sənədə əsasən, Rumıniyanın Sankt-Peterburqdakı Baş konsulu "persona non grata" elan edilib, eyni zamanda sözügedən şəhərdə fəaliyyət göstərən Rumıniya Baş Konsulluğunun yaxın vaxtlarda bağlanacağı barədə qarşı tərəf məlumatlandırılıb.

Rusiya XİN bu addımın birtərəfli deyil, sırf cavab xarakterli bir qərar olduğunu bəyan edib:
 

"Bu tədbir, Buxarestin Rusiyanın Konstansa şəhərindəki Baş Konsulluğunun fəaliyyətinə verdiyi icazəni heç bir əsas olmadan ləğv etməsinə və onun rəhbərini “persona non grata” elan etməsinə cavab olaraq atılıb", — deyə bəyanatda vurğulanır.


Xatırladaq ki, cari ilin may ayının sonunda Rumıniya tərəfi ölkə ərazisinə PUA düşməsi insidentindən sonra Rusiyanın Konstansadakı konsulluğunun fəaliyyətini dayandırmaq qərarı vermişdi.

Rusiya tərəfi isə bu ittihamları rədd edərək, Buxarestin addımlarının cavabsız qalmayacağını bəyan etmişdi. Diplomatik mənbələr iki ölkə arasındakı münasibətlərin bu qərarlardan sonra daha da pisləşəcəyini proqnozlaşdırırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO