Venesueladakı dağıdıcı zəlzələnin ardınca dünyanın digər bir nöqtəsində — Yaponiyada da güclü yeraltı təkanlar qeydə alınıb. Ölkənin şimal regionunda 6,9 (maqnituda) gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı xarici media qurumları Yaponiyanın Meteorologiya Agentliyinə istinadən yayıb.
İlkin məlumatlara görə, yeraltı təkanlar ölkənin şimal hissəsində ciddi hiss olunub. Seysmoloji mərkəzlərin rəsmi açıqlamasına əsasən, baş verən güclü zəlzələdən sonra regionda sunami təhlükəsi elan edilməyib.
Hazırda ərazidə dağıntıların və ya xəsarət alanların olub-olmaması barədə məlumatlar dəqiqləşdirilir.
Bizim.Media



































































































