100 yaşlı superfanat DÇ-2026-nın əsas ulduzuna çevrildi: "Messi, mənimlə evlənərsən?" – VİDEO

100 yaşlı superfanat DÇ-2026-nın əsas ulduzuna çevrildi: "Messi, mənimlə evlənərsən?" – VİDEO

Hazırda oxunan: 100 yaşlı superfanat DÇ-2026-nın əsas ulduzuna çevrildi: "Messi, mənimlə evlənərsən?" – VİDEO

621406

2026-cı il futbol üzrə dünya çempionatı sürətlə davam edərkən, sosial şəbəkələrdə yeni trend yayılıb. Turnirin diqqət mərkəzində əfsanəvi argentinalı hücumçu Lionel Messiyə olan sevgisi ilə milyonlarla insanın qəlbini fəth edən 100 yaşlı Polin Kana (məşhur bloger Ross Smitin nənəsi) dayanıb.

Bizim.Media xəbər verir ki, internetdə böyük marağa səbəb olan görüntülərdə 100 yaşlı ulu nənənin tribunadan Argentinanı və Messini coşğu ilə dəstəklədiyi, əlində isə maraqlı pankartlar tutduğu əks olunub.

Şəbəkədə "Qanqster nənə" (Gangster Granny) kimi tanınan Polin Kana, eyni zamanda kütlənin əlləri üzərində üzən (crowd-surfing) ən yaşlı insan kimi rəsmən Ginnesin Rekordlar Kitabına düşüb.

Onun paylaşdığı ən təsirli videolardan birində əlində "Messi, mənimlə evlənərsən?" yazılmış plakat tutduğu və Leonun da bu təklifə gülümsəyərək reaksiya verdiyi görünür. Milyonlarla baxış toplayan bu görüntülər cari dünya çempionatının ən xoş və ilhamverici hadisəsi hesab olunur.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Ross Smith (@rosssmith)


 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO