Çində zooparkda itləri boyayıb pandaya bənzətdilər - FOTO

Çində zooparkda itləri boyayıb pandaya bənzətdilər - FOTO

Hazırda oxunan: Çində zooparkda itləri boyayıb pandaya bənzətdilər - FOTO

621376

Çinin Şandun əyalətinin Süyfu şəhərindəki zooparkda pandaya bənzədilmək üçün boyanmış itlər diqqət çəkib.

Bizim.Media xəbər verir ki, "Sohu" agentliyinin məlumatına görə, heyvanlar turistləri cəlb etmək üçün zooparkın onlayn canlı yayımlarında da nümayiş etdirilib.
 

Zooparkın canlı yayımı zamanı itlər ekranda "panda-it" yazısı ilə təqdim olunub. Bəzi izləyicilər pandaların istidən qorxduğunu bildirərək, onlar üçün kondisionerin yandırılıb-yandırılmadığını soruşublar. Yalnız bundan sonra yayımın müəllifi nümayiş etdirilən heyvanların əslində “Çau-çau” cinsindən olan itlər olduğunu etiraf edib.


Yaranmış suallara cavab olaraq zooparkın Sinlu adlı əməkdaşı izah edib ki, böyük pandaların saxlanılması tələbləri həddindən artıq sərtdir və hazırda zooparkın onları saxlamaq üçün lazımi icazələri yoxdur. Ziyarətçiləri əyləndirmək üçün zoopark rəhbərliyi "panda-itləri" baxışa çıxarmağı qərara alıb.

Qeyd edilib ki, bu, Çin zooparklarının əvvəllər də dəfələrlə istifadə etdiyi bir üsuldur.

Əməkdaşlar vurğulayıblar ki, heyvanların rənglənməsi üçün xüsusi, zərərsiz boyalardan istifadə edən peşəkar qriminq salonuna müraciət olunub. Zoopark rəhbərliyi etiraf edib ki, qara-ağ rəngli “Çau-çau” itləri yayımlarının ən populyar qəhrəmanlarına çevriliblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO