Ukrayna Rusiyanın ikinci kosmik rabitə mərkəzinə zərbə endirdi

Ukrayna Rusiyanın ikinci kosmik rabitə mərkəzinə zərbə endirdi

Hazırda oxunan: Ukrayna Rusiyanın ikinci kosmik rabitə mərkəzinə zərbə endirdi

621315

Ukrayna ordusu son bir həftə ərzində Rusiyaya məxsus ikinci strateji kosmik rabitə obyektini hədəfə alıb.

Bizim.Media xəbər verir ki, bu dəfə zərbə Vladimir vilayətinin Qus-Xrustalnı şəhərində yerləşən və "Kosmik rabitə" Federal Dövlət Unitar Müəssisəsinin filialı olan "Vladimir" Kosmik Rabitə Mərkəzinə (KRM) endirilib.
 

Ukrayna Silahlı Qüvvələri komandanlığının yaydığı məlumata görə, hücum nəticəsində kompleksin iki əsas binasına ciddi ziyan dəydiyi və ərazidə güclü yanğın baş verdiyi rəsmən təsdiqlənib.


Hərbi ekspertlər qeyd edirlər ki, bu cür mərkəzlərin sıradan çıxarılması Rusiyanın hərbi və mülki kosmik peyk rabitəsi sistemində ciddi koordinasiya problemlərinə yol aça bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO