Tramp Venesuela əməliyyatının bəzi sirlərini AÇDI: “Cəmi 48 dəqiqəyə...”

Tramp Venesuela əməliyyatının bəzi sirlərini AÇDI: “Cəmi 48 dəqiqəyə...”

Hazırda oxunan: Tramp Venesuela əməliyyatının bəzi sirlərini AÇDI: “Cəmi 48 dəqiqəyə...”

621160

ABŞ Venesueladakı hərbi əməliyyatlara çəkilən xərcləri ölkənin neft ehtiyatlarına çıxış hesabına dəfələrlə kompensasiya edib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Pensilvaniya ştatında çıxışı zamanı deyib.

“Venesuela. Birgünlük əməliyyat. İndi Venesuela ilə yaxşı pul qazanırıq. Venesuela da yaxşı vəziyyətdədir. Bu müharibəni qazanmaq üçün bizə cəmi 48 dəqiqə lazım oldu. İnanın ya da inanmayın, bu müharibənin xərclərini 28 dəfə, hətta daha çox geri qaytardıq. Çünki milyonlarla barel neft çıxardıq”, – deyə Tramp vurğulayıb.

ABŞ lideri, həmçinin Vaşinqtonla Karakas arasında münasibətlərin hazırda müsbət məcrada inkişaf etdiyini qeyd edib.

“Biz çox yaxşı yola gedirik. Onu idarə edən əla insanlardır”, – deyə Ağ Ev rəhbəri əlavə edib.

Tramp çıxışında Venesuela ilə əməkdaşlığın iqtisadi nəticələrini önə çəkərək, ölkənin enerji resurslarının ABŞ üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO