Leninin əsərləri də Rusiyada "qara siyahı"ya SALINDI

Leninin əsərləri də Rusiyada "qara siyahı"ya SALINDI

Hazırda oxunan: Leninin əsərləri də Rusiyada "qara siyahı"ya SALINDI

620956

Rusiyada qüvvəyə minən yeni qanunvericilik dəyişikliklərinə əsasən, tərkibində narkotik vasitələrin adı çəkilən kitabların siyahısına Sovet dövlətinin qurucusu Vladimir Leninin əsərlərindən ibarət məcmuni də daxil edilib.

Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Rusiya Kitab İttifaqının (RKİ) hazırladığı xüsusi siyahıya yazıçı Lev Danilkin tərəfindən tərtib edilmiş və Leninin seçilmiş əsərlərindən ibarət olan "Oslinıy most" ("Uzunqulaq körpüsü") adlı kitab əlavə olunub. Məcmunədə bolşeviklərin liderinin "Lev Tolstoy rus inqilabının güzgüsü kimi" adlı məqaləsi, Karl Marks haqqında bioqrafik oçerki və İnessa Armanda yazdığı məktublar yer alır.
 

Bu qərarla yanaşı, Vladimir Mayakovski, Salli Runi, Terri Pratçett və Hovard Lavkraft kimi məşhur müəlliflərin kitabları da eyni siyahıya salınıb. Qanuna əsasən, bu əsərlərin satışı zamanı üzərində narkotik vasitələrin qeyd olunduğunu bildirən xüsusi markalanma mütləq tətbiq ediləcək.


Xatırladaq ki, Rusiyada cari ilin mart ayının 1-dən "Narkotik vasitələr və psixotrop maddələr haqqında" qanuna edilən düzəlişlər qüvvəyə minib. Yeni qaydalar qadağan olunmuş maddələrin adı keçən ədəbiyyat və incəsənət nümunələrinin müvafiq xəbərdarlıq nişanı olmadan yayılmasına görə cinayət və inzibati məsuliyyət nəzərdə tutur.

Bundan əvvəl Mixail Bulqakov, Vladimir Vısotski, Viktor Pelevin, Stiven Kinq və Haruki Murakami kimi yazıçıların bioqrafiya və romanları, eləcə də rus dilinə tərcümə olunmuş bir çox dünya klassikləri bu siyahıya daxil edilmişdi. Hətta "Timsah Qena və Çeburaşka", "Üç donuz balası" və "Qoca Xottabıç" kimi məşhur uşaq kitabları da tərkibindəki müəyyən ifadələrə görə markalanmalı olan əsərlər sırasındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO