Vaşinqton və Tehran Hörmüz boğazı ilə bağlı RAZILIĞA GƏLDİ

Vaşinqton və Tehran Hörmüz boğazı ilə bağlı RAZILIĞA GƏLDİ

Hazırda oxunan: Vaşinqton və Tehran Hörmüz boğazı ilə bağlı RAZILIĞA GƏLDİ

620724

İsveçrənin Bürgenstok şəhərində keçirilən danışıqların iştirakçıları Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün xüsusi mexanizmin yaradılması barədə qərar qəbul ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baqai bəyanat verib.
 

İranın "Tasnim" agentliyinin yaydığı məlumata görə, diplomat bildirib ki, tərəflər Hörmüz boğazı vasitəsilə gəmilərin təhlükəsiz hərəkətini təmin edəcək mexanizmin formalaşdırılması barədə razılığa gəliblər.


Baqai vurğulayıb ki, Tehran yekun sazişin hazırlanmasından əvvəl bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılmasını əsas şərt hesab edir.

Onun sözlərinə görə, İran nümayəndə heyətinin mövqeyi tərəflərin öz üzərinə götürdükləri öhdəliklərə, xüsusilə də İsrail tərəfindən atəşkəs rejiminə ciddi əməl olunmasından ibarətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO