Tusk: "Polşa və Ukrayna arasındakı siyasi münaqişəyə sürüklənmək strateji səhvdir" - VİDEO

Tusk: "Polşa və Ukrayna arasındakı siyasi münaqişəyə sürüklənmək strateji səhvdir" - VİDEO

Hazırda oxunan: Tusk: "Polşa və Ukrayna arasındakı siyasi münaqişəyə sürüklənmək strateji səhvdir" - VİDEO

620656

Polşanın Baş naziri Donald Tusk bəyan edib ki, Varşava ilə Kiyev arasındakı münasibətlərin tarixi yaddaş və dövlət təltifləri ətrafında yaranan siyasi münaqişəyə alət edilməsi hər iki ölkəyə baha başa gələcək strateji xətadır.

Bizim.Media xəbər verir ki, hökumət başçısı bu barədə özünün rəsmi "X" (keçmiş Twitter) hesabında paylaşım edib.

Tusk qeyd edib ki, bu gərginliyin fəsadları həm Polşanın, həm də Ukraynanın biznesinə, geosiyasi mövqelərinə və beynəlxalq nüfuzuna mənfi təsir göstərəcək:

"Polşa və Ukrayna siyasətçiləri arasındakı siyasi münaqişəyə sürüklənmək hər iki tərəfə biznesdə, geosiyasətdə və reputasiyada baha başa gələcək strateji səhvdir. Siyasətdə isə, məlum olduğu kimi, səhv cinayətdən də betərdir. Avropalı tərəfdaşlarımızla söhbətlərimdə mən itkiləri minimuma endirməyə və gərginliyi azaltmağa çalışıram. Bu, asan tapşırıq deyil".

Ağ Qartal ordeni ətrafında qalmaqal

Donald Tuskun bu kəskin bəyanatı Ukrayna Prezidenti Volodimir Zelenskinin Polşanın ali dövlət mükafatı olan "Ağ Qartal" ordenindən məhrum edilməsi fonunda səslənib.

Qeyd edək ki, Polşa Prezidenti Karol Navrotski Ukrayna liderinin bu ordendən məhrum edilməsi barədə qərar qəbul edib. Buna cavab olaraq, indiyədək həmin ordenlə təltif edilmiş bütün keçmiş Ukrayna prezidentləri mükafatdan imtina etdiklərini bildiriblər. Həmçinin bir sıra indiki və sabiq ukraynalı rəsmi şəxslər də Polşa tərəfindən onlara verilmiş digər orden və medalları geri qaytarıblar.

Münaqişənin səbəbi: UPA və Volın qırğını

Zelenskinin ordendən məhrum edilməsinə bir qədər əvvəl Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlı hərbi hissələrindən birinə İkinci Dünya müharibəsi dövründə fəaliyyət göstərmiş Ukrayna Üsyançı Ordusunun (UPA) şərəfinə fəxri adın verilməsi səbəb olub. UPA-nın tarixi irsi iki ölkə arasında kəskin mübahisə mövzusu olaraq qalır.
 

Sözügedən ali mükafat Zelenskiyə 2023-cü ildə Polşanın o zamankı prezidenti Anjey Duda tərəfindən Varşava və Kiyev arasındakı xüsusi müttəfiqlik münasibətlərinin rəmzi olaraq təqdim edilmişdi.


Polşa ilə Ukrayna arasındakı əsas tarixi ixtilaf 1943–1945-ci illərdə baş vermiş Volın qırğını ilə bağlıdır. Həmin dövrdə UPA bölmələri Volın və Şərqi Qalisiyada on minlərlə dinc polşalını (qadınlar, uşaqlar və qocalar daxil olmaqla) kütləvi şəkildə qətlə yetirib. Rəsmi Varşava bu hadisələri polşalıların soyqırımı kimi qəbul edir. 2016-cı ildə Polşa parlamenti Volın qırğınının soyqırımı olması barədə rəsmi qərar qəbul edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO